Rusiyanın qonşu ölkələr - Finlandiya , Estoniya və Latviya ilə qarşılıqlı əlaqələri 1 iyul tarixindən etibarən dəyişib.
Lenta.ru-ya istinadla xəbər verilir ki, Nazirlər Kabinetinin açıqlamasına görə, dəyişiklik Rusiyanın bu ölkələrlə sərhədinə təsir edib və bir neçə sərhəd keçidi müvəqqəti olaraq bağlanıb.
“Siyahıya uyğun olaraq müəyyən ərazilərdə Rusiya Federasiyasının dövlət sərhədindən dəmir yolu keçid məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, malların və yüklərin hərəkətini müvəqqəti olaraq dayandırılır”, - məlumatda deyilir.
Sərəncama əsasən, Rusiya Federasiyası ərazisindəki bir neçə dəmir yolu sərhəd keçid məntəqəsi, o cümlədən Sankt-Peterburq -Finlandiya və Vıborq müvəqqəti olaraq bağlanıb. Həmçinin Finlandiya sərhədində Kareliyadakı Vyartsilya və Littya, Leninqraddakı Svetoqorsk məntəqəsi də bağlanıb. Estoniya sərhədində Peçorı -Pskovski keçid məntəqəsi, Latviya sərhədində isə Pskov vilayətindəki Pıtalovo keçid məntəqəsi bağlanıb.
Müəllif: Tural
Mənbə: publika.az