İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın maliyyə yardımından imtina etmək niyyətində olduğunu açıqlayıb.
"News 18"ə istinadən xəbər verilir ki, Baş nazir İsrail iqtisadiyyatının artıq "kiçik iqtisadiyyat" olmadığını, ölkənin Vaşinqtondan aldığı vəsaitə ehtiyac duymadığını bildirib.
O, İsrailin bu il ABŞ yarıdımından imtina edə biləcəyini bəyan edib.
"Mən bu prosesin bu il başlamasını istəyirəm" - Netanyahu vurğulayıb.
Bundan əvvəl "Politico" mənbələrə istinadən xəbər vermişdi ki, İsrail rəhbərliyinin hərəkətlərindən artan narazılıq fonunda ABŞ artıq İsraili müstəsna siyasi statusa malik müttəfiq kimi görmür.
"The New York Times" da, həmçinin Vaşinqtonun İsrailə güclü dəstəyinin yaxın gələcəkdə azala biləcəyini bildirmişdi.
Mənbə: publika.az