Avropa Komissiyasının sədri Ursula fon der Lyeyen İrəvana səfəri zamanı "Bizə etibar edə bilərsiniz" deyib.
O, bu açıqlamanı iyulun 2-də Ermənistanın baş naziri Nikol Paşinyanla birgə brifinqdə verib.
7 iyun seçkilərinin qaliblərini təbrik edən Lyeyen bildirib ki, bu seçkilər bir daha Ermənistanda demokratiyanın gücünü və inqilab ruhunun canlı və sağlam olduğunu nümayiş etdirib.
"Mən gəlmişəm deyəm ki, bizə etibar edə bilərsiniz. Ermənistan Avropaya daha yaxın olduqda, bütün Cənubi Qafqaz da daha yaxın olur", - deyə Aİ rəsmisi bildirib.
Regional proseslərdən danışarkən o, sülh müqaviləsinin paraflanmasının və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasının tarixi əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bunun üçün siyasi iradə və cəsarət tələb olunur, lakin nəticələr təsirli olacaq və regionu həyati bir yol ayrıcına çevirəcək.
Müəllif: Tural
Mənbə: publika.az