Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən təşkilatlara sanksiya tətbiq ediləcək

Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən təşkilatlara sanksiya tətbiq ediləcək

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynanın paytaxtı Kiyevə endirilən son hərbi zərbələrə cavab olaraq, Rusiyanın hərbi-sənaye kompleksinə (HMK) dəstək verən yeni təşkilatlara qarşı sanksiyaların tətbiq edilməsini təklif edəcəyini bildirib.

Avropalı diplomat bu barədə özünün rəsmi açıqlamasında bəyan edib:

“Bu gün mən baş verən zərbələrə cavab olaraq, Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən yeni təşkilatlara qarşı sanksiyaların tətbiq olunmasını təklif edəcəyəm. Moskva dinc sakinlərə qarşı nə qədər güclü hücumlar təşkil edirsə, sanksiyalar da bir o qədər sərt olmalıdır”.


K.Kallas həmçinin vurğulayıb ki, Moskva bu müharibədə qalib gələ bilməyəcəyini anlayana qədər, Avropa İttifaqı Rusiyanın ödəməli olduğu bədəli və təzyiqləri artırmağa davam edəcək.

Mənbə: bizim.media