Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Belarusu Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Belarus Respublikasının Müstəqillik Günü münasibətilə Belarus xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq", - paylaşımda qeyd edilib.
Mənbə: publika.az