"Müasir memarlığın şah əsəri, Bakıdakı məşhur Heydər Əliyev Mərkəzi ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb".
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında paylaşım edib.
"ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik. Müstəqillik Gününüz mübarək!" - paylaşımda bildirilib.
Mənbə: oxu.az