Türkiyəyə F-35 qırıcıları satılacaq?

Türkiyəyə F-35 qırıcıları satılacaq?

NATO-nun Ankarada keçirilən sammiti ərəfəsi Türkiyəyə Amerika silah sistemləri, xüsusən də F-35 təyyarələrinin satılıb-satılmaması məsələsi yenidən gündəm olub.

İsrail baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail əleyhinə açıqlamalarından şikayət edərək, Türkiyəyə Amerika silah sistemlərini satmamasını istəyib.
Xarici mətbuata istinadən xəbər verilir ki, Netanyahu Trampa Türkiyənin hava qüvvələrini ABŞ silah sistemləri, xüsusən də F-35 qırıcıları ilə modernləşdirə biləcəyini bildirib.
Bundan bir həftə əvvəl isə ABŞ vitse-prezidenti J.D. Vens Pentaqonun Türkiyəyə F-35-ləri necə sata biləcəyini araşdırdığını bildirib. Hətta iddia edilirdi ki, NATO sammitində iştirak üçün Ankaraya səfəri çərçivəsində Tramp bu məsələyə “yaşıl işıq” yandıra bilər.
Politoloq Qabil Hüseynli bildirib ki, Tramp F-35-ləri Türkiyəyə satmayacaq:
“Netanyahunun xarakterinə bələd olduğumdan, zənnimcə Tramp yəhudi lobbisinin təsiri altında İsrail baş nazirinin bu istəyini yerinə yetirəcək. Türkiyə bundan əvvəl F-35-in hazırlanmasında yaxından iştirak edib. Hətta bu məqsədlə prosesə 10 milyard dollardan çox vəsait də yatırıb. Amma buna rəğmən yenə də F-35-lər Türkiyəyə verilmədi. Əminəm ki, Donald Tramp Netanyahunun bu istəyini yerinə yetirərək, Türkiyəyə F-35-in satılmasına imkan verməyəcək. Tramp Türkiyə Prezidenti Ərdoğanla nə qədər yaxın olduğunu bəyan etsə də, yəhudi lobbisinin təsiri altında buna getməyə cəsarət etməyəcək. Netanyahu da məhz yəhudi lobbisinin dəstəyinə arxalanaraq, Tramp qarşısında belə bir tələblə çıxış edir”.
Rüfət Sultan

Mənbə: www.bakupost.az