Makronun qaldığı hotelin yaxınlığında baş vermiş partlayış barədə Fransadan - RƏSMİ AÇIQLAMA

Makronun qaldığı hotelin yaxınlığında baş vermiş partlayış barədə Fransadan - RƏSMİ AÇIQLAMA

Suriyanın paytaxtı Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun qaldığı otelin yaxınlığında bir neçə partlayış baş verib.

Reuters agentliyinin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən yaydığı məlumata görə, partlayışlar Fransa nümayəndə heyətinin yerləşdiyi otelin yaxınlığında qeydə alınıb.

Yelisey Sarayından bildirilib ki, Dəməşqdəki “Four Seasons” otelinin yerləşdiyi ərazidə baş verən iki partlayış nəticəsində Emmanuel Makron xəsarət almayıb:

“Emmanuel Makron təhlükəsiz yerdədir, xəsarət almayıb və onun səfəri əvvəlcədən planlaşdırıldığı kimi davam edir”, – deyə Yelisey Sarayının açıqlamasında qeyd olunub.

Mənbə: konkret.az