Belçika NATO-nun Ankarada keçirilən Müdafiə Sənayesi Forumunda Türkiyə, Böyük Britaniya, İspaniya, Polşa və Çexiya ilə “A400M” strateji hərbi-nəqliyyat təyyarəsi üzrə əməkdaşlığa dair Niyyət Məktubu imzalayıb.
Bu barədə Belçikanın müdafiə naziri Teo Franken Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşdən sonra açıqlama verib.
Onun sözlərinə görə, Belçika və Türkiyə yaxın müttəfiqlərdir və müdafiə sahəsində tərəfdaşlıq gələcəkdə daha da möhkəmlənəcək.
“Belçika “A400M” təyyarələrinin istismarı zamanı qazandığı əməliyyat təcrübəsini tərəfdaş ölkələrlə bölüşəcək. Bu əməkdaşlıq Avropanın müdafiə imkanlarının və strateji muxtariyyətinin güclənməsinə töhfə verəcək.
Bundan əlavə, Belçika NATO-nun gələcək hava müşahidəsi və nəzarət imkanlarının inkişafına yönəlmiş yeni təşəbbüsə də qoşulub.
Müəllif: Roza
Mənbə: publika.az