İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu rəsmi adını dəyişərək Yonatan Hon edib.
Bu barədə "Haaretz” məlumat yayıb.
Məlumata görə, Netanyahu ailəsində soyad dəyişikliyi ilk dəfə baş vermir.
Yair Netanyahunun babası Benzion Netanyahu 1920-ci illərdə Britaniya mandatı dövründə Fələstinə köçdükdən sonra ailənin soyadını Mileykovskidən Netanyahuya dəyişib.
Mənbə: aktual.az