Moldova prezidenti iş adamını baş nazirliyə namizəd göstərdi

Moldova prezidenti iş adamını baş nazirliyə namizəd göstərdi

Moldova prezidenti Maya Sandu iş adamı Vasile Tofanın baş nazirliyə namizədliyini irəli sürüb.

O, bunu Tofan və Parlamentin sədri, Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) lideri İqor Qrosu ilə birgə brifinqdə bildirib.

"Mən Vasile Tofanı Moldova Respublikasının Baş naziri vəzifəsinə namizəd kimi irəli sürmək qərarına gəldim", - yerli mətbuat ondan sitat gətirib.

Qrosu isə Tofanın əsas vəzifəsini Avropaya inteqrasiya prosesi adlandırıb.


Mənbə: unikal.az