İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İsrailin kəşfiyyat xidməti “Mossad”ın onu yenidən hakimiyyətə gətirmək üçün gizli əməliyyat apardığı barədə iddiaları təkzib edib.
Bu barədə Əhmədinejadın mətbuat ofisi məlumat yayıb.
Bildirilib ki, bu iddialar ictimaiyyəti çaşdırmağa və İrana qarşı psixoloji müharibə aparmağa xidmət edir.
Açıqlamada iddiaların həqiqəti əks etdirmədiyi, bu cür xəbərlərin daha əvvəl də yayıldığı vurğulanıb.
Qeyd edək ki, “The New York Times” İsrailin gizli əməliyyat çərçivəsində Mahmud Əhmədinejadı ölkənin yeni lideri kimi hakimiyyətə gətirməyə çalışdığını, lakin bu planın uğursuzluqla nəticələndiyini iddia etmişdi.
Müəllif: Roza
Mənbə: publika.az