Ermənistanda doğum səviyyəsi kəskin şəkildə azalır

Ermənistanda doğum səviyyəsi kəskin şəkildə azalır

Ermənistanda doğum göstəricilərində ciddi eniş müşahidə olunur.

Əmək və Sosial Məsələlər Nazirliyində keçirilən iclasda nazir Arsen Torosyan bildirib ki, 2023-cü ildə respublikada 36 590 uşaq dünyaya gəldiyi halda, 2024-cü ildə bu rəqəm 33 593-ə, ötən il isə 32 042-yə düşüb.

Nazirin fikrincə, bu tendensiyanı dəyişmək və doğum səviyyəsini stimullaşdırmaq üçün yeni dövlət dəstəyi proqramlarının tətbiqi vacibdir.

Qeyd edək ki, Nikol Paşinyan hələ dörd il əvvəl hökumətə ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün proqramlar hazırlamağı tapşırıb. Bu təşəbbüsün əsas məqsədi 2050-ci ilə qədər Ermənistan əhalisinin sayını 5 milyon nəfərə çatdırmaqdır.

Mənbə: bizim.media