"The Wall Street Journal" nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya və Çin arasında "Sibirin gücü-2" qaz kəməri ilə bağlı danışıqlar faktiki olaraq dalana dirənib.
Pekin tərəfi Rusiyadan şərtlər dəyişməyənə qədər layihənin müzakirəsinə qayıtmamağı xahiş edib.
Çinin əsas tələbi Rusiya qazının daxili bazar qiymətlərinə (min kubmetr üçün təxminən 50 dollar) uyğun alınmasıdır ki, bu da hazırkı ixrac dəyərindən bir neçə dəfə aşağıdır.
Mənbə: bizim.media