Azərbaycan nümayəndə heyəti Qətərin sabiq əmirinin vəfatı ilə bağlı Dohaya səfər edib

Azərbaycan nümayəndə heyəti Qətərin sabiq əmirinin vəfatı ilə bağlı Dohaya səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iyulun 14-də Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə At Taninin vəfatı ilə əlaqədar Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd At Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə bu ölkənin Doha şəhərinə səfərə gəlib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, nümayəndə heyətini Dohanın beynəlxalq hava limanında Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Mənbə: oxu.az