ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Törner Türkiyənin F-35 döyüş təyyarəsi proqramına yenidən qoşulması ilə bağlı ümidverici inkişafların olduğunu bildirib.
O, bu barədə “CBS News”-a açıqlamasında danışıb.
Törnerin sözlərinə görə, Türkiyə S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı ABŞ Konqresində müzakirə olunan qanun layihəsinin tələblərinə uyğun hərəkət etməyə hazır olduğuna dair siqnal verib. O bildirib ki, bu halda S-400 artıq Ankaranın F-35 proqramına qayıtması üçün maneə olmayacaq.
Törner qanun layihəsinin müəlliflərindən senator Cinn Şaheenin də prosesə müsbət yanaşdığını vurğulayıb.
O, Türkiyənin NATO daxilində mühüm müttəfiq olduğunu deyərək, ölkənin yenidən F-35 proqramına qayıtmasının böyük əhəmiyyət daşıdığını qeyd edib.
Mənbə: publika.az