Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri çərçivəsində Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib.
Bu barədə UNİAN-a istinadla xəbər verilir.
Görüş zamanı Volodimir Zelenski Hakan Fidanı Ukraynanın II dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edib.
“Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşdüm və ona 2-ci dərəcəli "Şərəf" ordeni təqdim etdim. Sülhü yaxınlaşdıran işlərinə görə Türkiyəyə və şəxsən nazirə minnətdaram. Bu gün diplomatiyadakı vəziyyəti və sülhə nail olmaq üçün işləri gücləndirə biləcək addımları müzakirə etdik”, - Zelenski şəxsi teleqram səhifəsində qeyd edib.

Mənbə: bizim.media