ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun Vaşinqtonun Türkiyəyə “F-35” qırıcı təyyarələrinin ötürülməsi ehtimalını tənqid etməsinə görə çox əsəbiləşib.
Bu barədə "Axios" portalı məlumat yayıb.
Nəşrin Ağ Evdəki mənbələri bildirib ki, Amerika lideri İsrail baş nazirinin "Fox News" telekanalına verdiyi müsahibədən qəzəblənib. Netanyahu həmin müsahibədə beşinci nəsil “F-35” təyyarələrinin Türkiyəyə verilməsinə qarşı çıxdığını bildirib.
Portalın digər bir həmsöhbətinin qeyd etdiyi kimi, Tramp Netanyahunun bu məsələyə qarışmaq "haqqının olmadığını" bəyan edib.
İyulun 7-də Netanyahu bildirib ki, Amerika qırıcılarının Türkiyəyə verilməsi ehtimalı Yaxın Şərqdə qüvvələr balansını poza bilər.
Mənbə: publika.az