“Rusiya ilə regional və beynəlxalq məsələləri müzakirə etməyə hazırıq”

“Rusiya ilə regional və beynəlxalq məsələləri müzakirə etməyə hazırıq”

“Azərbaycan Rusiya ilə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq gündəlikdə olan məsələlərin bütün kompleksini müzakirə etməyə hazırdır”.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

“Əlbəttə, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq gündəlikdə olan məsələlərin bütün kompleksini, o cümlədən beynəlxalq platformalardakı təmaslarımızı və əməkdaşlığımızı müzakirə etməyə hazır olacağıq”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, bu sahədə qlobal problemə baxmayaraq, Azərbaycanla Rusiya arasında iqtisadiyyatda müsbət trend mövcuddur.

Mənbə: qafqazinfo.az