ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə

ABŞ-nin Pakistanın qədim şəhəri olan Peşavərdəki Baş Konsulluğu tamamilə bağlanıb

Bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.

"Xeybər-Paxtunxva əyaləti ilə diplomatik əlaqələr ABŞ-nin İslamabaddakı səfirliyi nəzdindəki Əyalətlə İş üzrə Şöbəyə keçib", - paylaşımda qeyd olunub.

ABŞ Dövlət Departamenti may ayının əvvəlində baş konsulluğun mərhələli şəkildə bağlanacağını bildirmişdi.

Bu qərar diplomatik heyətin təhlükəsizliyi və resursların daha səmərəli bölüşdürülməsi zərurəti nəzərə alınaraq qəbul edilib.

Mənbə: bizim.media