ABŞ-ın İordaniyadakı səfirliyi ölkə vətəndaşlarını "konkret və etibarlı təhlükə" səbəbindən təcili olaraq Ammandakı beynəlxalq hava limanına səfər etməkdən çəkinməyə çağırıb.
Diplomatik nümayəndəlik, həmçinin ABŞ vətəndaşlarına növbəti bildirişədək Əqəbə limanına getməməyi tövsiyə edib.
Səfirlikdən bildirilib ki, ABŞ vətəndaşları İordaniya hakimiyyətinin təhlükəsizliklə bağlı bütün göstərişlərinə əməl etməli, həmçinin ölkədə yerləşən hərbi bazalara səfərlərdən çəkinməlidirlər.
ABŞ-ın Ammandakı səfirliyi vəziyyəti izlədiyini və təhlükəsizliklə bağlı tövsiyələrin qüvvədə qaldığını vurğulayıb.

Mənbə: bizim.media