Suriya Prezidenti bu şəxslərə VƏZİFƏ VERDİ

Suriya Prezidenti bu şəxslərə

Suriya Prezidenti Əhməd əş-Şaraa ölkənin təhlükəsizlik qurumlarının rəhbərliyində yeni kadr təyinatlarını rəsmən elan edib.

Qərara əsasən, daxili işlər naziri Ənəs əl-Xəttab əlavə olaraq Milli Təhlükəsizlik İdarəsinin direktoru vəzifəsinə təyin olunub.

Baş Kəşfiyyat İdarəsinə isə Əbdül-Qadir əl-Tahan rəhbərlik edəcək.

Suriya hakimiyyəti bildirib ki, bu dəyişikliklər ölkənin keçid dövründə təhlükəsizlik institutlarının yenidən strukturlaşdırılması prosesinin tərkib hissəsidir.

Mənbə: bizim.media