Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törətdiyi cinayətlərə görə olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Ermənistan Respublikasının vətəndaşı Davit İşxanyan Bakıdakı həbsxanadan Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edib.
Onun müraciəti erməni KİV-də yayımlanıb.
"Çıxışımı Ermənistan Respublikasının vətəndaşı Nikol Vovay Paşinyana ünvanlayıram, mövqeyinizi açıq şəkildə bildirməyə çağırıram.
Bundan əlavə, burada olanların Ermənistan Respublikasının nəfəsini hiss etməməsi də kədərlidir, amma nə olursa olsun, reallıq budur", - deyə o bildirib.
Qeyd edək ki, İşxanyan Davit Rubeni Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az