Zelenski bu şəxslərdən birini baş komandan təyin edəcək

Zelenski bu şəxslərdən birini baş komandan təyin edəcək

“Liga.net”ə istinadən xəbər verilir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələr baş komandanı vəzifəsinə dörd əsas namizədi nəzərdən keçirir.

“Baş komandan vəzifəsinə potensial namizədlər arasında Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Mixaylo Drapatay, Quru Qoşunlarının Üçüncü Ordu Korpusunun komandiri Andrey Beletski, Hava-Desant Hücum Qüvvələrinin komandanı Oleq Apostol və Milli Qvardiya Korpusunun komandiri İqor Obolenski var”, - nəşr yazıb.

Məlumata görə, əsas namizədlərdən əlavə, siyahıda daha yeddi şəxsin adı var və bununla da ümumi namizədlərin sayı 11-ə çatıb.

Ukraynalı jurnalist Vitali Qlaqola bir müddət əvvəl yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı A.Sırskinin istefası iyulun 20-də Ukraynada rəsmi olaraq elan ediləcək.

Mürtəza

Mənbə: olke.az