Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel oktyabrın ortalarında Rusiyaya səfər etməyi planlaşdırır.
"Politico"ya istinadla xəbər verilir ki, bu məlumat, ABŞ qanunvericilərinin Rusiyaya qarşı sərt yeni sanksiyalar tələb etməsi ilə Vaşinqton və Moskva arasında Ukrayna müharibəsi ilə bağlı davam edən gərginlik fonunda yayılıb.
ABŞ rəsmisinin sözlərinə görə, Patelin 14-15 oktyabr tarixlərində Rusiyaya səfəri planlaşdırılır və əvvəlcə Moskvada, daha sonra isə Sankt-Peterburqda olacaq.
Müəllif: Tural
Mənbə: publika.az