Putin bir həftədir ki, Kremli tərk etmir…

Putin bir həftədir ki, Kremli tərk etmir…

Təxminən bir həftədir ki, Rusiya prezidenti Vladimir Putin bütün rəsmi görüşlərini keçirdiyi Kremldən çıxmayıb.

Daily Star qəzeti yazır ki, ekspertlər bu rejimi gücləndirilmiş təhlükəsizlik tədbirləri və sui-qəsd cəhdi ilə bağlı ehtimal olunan qorxularla əlaqələndirirlər.

Müəlliflər yazır ki, "Putin ən azı yeddi gündür ki, ciddi şəkildə qorunan Kreml kompleksini tərk etməyib. Bu müddət ərzində onun demək olar ki, tamamilə məhdud şəxsi əlaqələri var, yalnız diqqətlə yoxlanılan kiçik bir dairə ilə ünsiyyət qurur".

İctimai səfərlərin olmamasına baxmayaraq, Putinin rəsmi cədvəli sıx olaraq qalır. Bütün görüşlər Kremlin daxilində keçirilir, lakin danışıqların əksəriyyətinin təfərrüatları gizli saxlanılır.

Müəlliflər Telegram-dakı mesajlara istinadən yazır ki, "Putin ən azı bir həftə ərzində təhlükəsiz iqamətgahını tərk etməkdən imtina edib".

Putin öz yaxın ətrafına güvənərək "getdikcə daha çox təcrid olunmuş bir həyat sürür".

Son günlərdə dövlət başçısı yüksək vəzifəli Rusiya rəsmilərini və xarici qonaqları qəbul edib.

Rəsmi olaraq elan edilən azsaylı görüşlərdən biri Şimali Koreyanın xarici işlər naziri Çoy Son-huey ilə olub. Dərc olunmuş görüntülərdə Putinin Şimali Koreya nümayəndə heyətini salamladığı, daha sonra Rusiya xarici işlər naziri Sergey Lavrovla böyük oval masada danışıqların aparıldığı görünür.

Kreml bu cür görüşlərin məzmunu barədə minimal məlumat yayır. Müəlliflər gizliliyin Rusiya prezidenti ilə bağlı gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə əlaqələndirərək vurğulayırlar ki, "Rəsmilər danışıqlarla bağlı çox az detal açıqlayıblar".

Əli Babayev

Mənbə: sia.az