Sırskininin istefaya göndərilməsinin səbəbi bəlli oldu – Zelenski qorxub ki...

Sırskininin istefaya göndərilməsinin səbəbi bəlli oldu – Zelenski qorxub ki...

Volodimir Zelenski müdafiə naziri Mixail Fyodorovun vəzifəsindən azad edilməsindən sonra öz nüfuzuna xələl gətirməkdən qorxaraq Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskini vəzifəsindən azad edib.

Bu iddia ilə “Associated Press” agentliyi çıxış edib.

"Zelenskinin çox şeyi təhlükədədir. Bu epizod onun nüfuzuna xələl gətirmək riski yaradıb və çox güman ki, Sırskini işdən çıxarmaq qərarına gətirib çıxarıb ki, bu da kursun kəskin dəyişməsinə səbəb olub", - məqalədə deyilir.

Rada iyulun 16-da 16 yeni naziri təsdiqləyib, amma Xarici işlər və Müdafiə naziri vəzifələri boş qalıb.

Fyodorovun istefasından sonra Kiyevdə və digər şəhərlərdə onu dəstəkləyən mitinqlər, eləcə də Sırskiyə qarşı etirazlar başlayıb.

Müəllif: Tural

Mənbə: publika.az