İsrailli nazirdən qalmaqallı açıqlama - Qəzzada yenidən yerləşəcəyik

İsrailli nazirdən qalmaqallı açıqlama -

İsrailin ifrat sağçı "Yəhudi Gücü" partiyasının təmsilçisi, keçmiş irs naziri Amiçai Eliyahu Qəzzanın yenidən İsrailin nəzarətinə keçirilməsini və bölgədə yəhudi yaşayış məntəqələrinin salınmasını “son məqsəd” adlandırıb.

Eliyahu bu barədə KAN-a açıqlamasında danışıb.

O bildirib ki, İsrailin Qəzzada yenidən yaşayış məntəqələri qurması gündəmdədir.

Eliyahu İsrailin Baş naziri Benyamin Netanyahunun hələlik bu məsələni gündəmə gətirmədiyini, lakin mövzunun müzakirə olunduğunu bildirib.

Qeyd edək ki, İsrail 1967-ci ildə Qəzza zolağını işğal edib və burada qanunsuz yəhudi yaşayış məntəqələri yaradıb. Bu məntəqələr 2005-ci ildə boşaldılsa da, son dövrlərdə bəzi ifrat sağçı israilli siyasətçilər onların yenidən qurulmasını müdafiə edirlər.

Müəllif: Roza

Mənbə: publika.az