Təcili yardımı boş yerə məşğul edənlərin sayı açıqlandı

Təcili yardımı boş yerə məşğul edənlərin sayı açıqlandı

Bu ilin ilk 6 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə 38 min 418 əsassız çağırış daxil olub.

bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.

Bildirilib ki, əsassız çağırışlar resurslardan səmərəli istifadə olunmasının qarşısını alır, eləcə də təcili çağırışlara operativ xidmət göstərilməsi prosesinə mənfi təsir edir.

Belə hallarda briqadaların əsassız çağırışlara cəlb olunması real təcili vəziyyətlərə çatma müddətinin uzanmasına səbəb ola bilər.

Hazırda TƏBİB tərəfindən vətəndaşlar arasında təcili tibbi yardım xidmətindən düzgün istifadə ilə bağlı mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir. Məqsəd əhalidə bu xidmətin yalnız təcili və təxirəsalınmaz hallarda çağırılmasının vacibliyi barədə məlumatlılığı artırmaqdır.

Mənbə: publika.az