ABŞ Dövlət katibindən Tehrana şok irad - "İran Yaxın Şərqin ən zəngin dövləti ola bilərdi, amma..."

ABŞ Dövlət katibindən Tehrana şok irad -

ABŞ Dövlət katibi Marko Rubio İranın yürütdüyü siyasəti və dövlət resurslarını hara xərclədiyini kəskin şəkildə tənqid edib.

Amerikalı diplomat Tehranın yaranmış tarixi fürsətləri əldən verdiyini və hazırda bunun əvəzini ağır şəkildə ödədiyini bildirib. "Onlar qarşılıqlı anlaşma memorandumunu pozdular, biz isə öz öhdəliklərimizi tam yerinə yetirdik, indi isə onlar bunun bədəlini ödəyirlər", - deyə dövlət katibi vurğulayıb. Rubionun sözlərinə görə, əgər Tehran rəhbərliyi həqiqətən istəsəydi, İran bu gün Yaxın Şərqin ən zəngin dövlətinə çevrilə bilərdi.

O qeyd edib ki, əhalisinin rifahını düşünmək əvəzinə İran hakimiyyəti bütün pullarını bölgədəki proksi qüvvələrinə verir, eləcə də iqtisadi gəlirlərini yalnız yeni raketlərin və pilotsuz uçuş aparatlarının (PUA) istehsalına xərcləyir.

Mənbə: musavat.com