Kubanın xarici işlər naziri Bruno Rodriges Parrillya bildirib ki, ABŞ-ın ada dövlətinə qarşı sanksiyaları genişləndirilməsi bütün Kuba əhalisinə təzyiq göstərmək məqsədi daşıyır.
Nazirin sözlərinə görə, Vaşinqtonun hərəkətləri humanitar böhran yaratmaq və ölkəyə iqtisadi təzyiqi artırmaq cəhdini nümayiş etdirir.
O, həmçinin Kubanın tibbi əməkdaşlığına qoyulan məhdudiyyətləri tənqid edərək onları humanitar səylərə zərbə adlandırıb.
23 iyulda ABŞ Kubaya qarşı sanksiya siyahısını genişləndirərək doqquz şirkət və iki fərdi şəxs əlavə edib.
Vaşinqton sanksiyalardan yayınma, enerji sektorundakı fəaliyyətlər və kubalı tibb işçilərinin istismarı ilə bağlı iddialar irəli sürüb.
Müəllif: Tural
Mənbə: publika.az