SEPAH region ölkələrinin əhalisinə çağırış etdi - "Bu məntəqələrdən uzaq durun!"

SEPAH region ölkələrinin əhalisinə çağırış etdi -

Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi qulluqçularının yerləşdirildiyi ölkələrin əhalisinə xəbərdarlıq edib.

Bu barədə "Asr İran" yazır.

Nəşrin yazdığına görə, SEPAH yaydığı bəyanatda region ölkələrinin sakinlərini təhlükəsizlik məqsədilə ABŞ hərbçilərinin açıq və ya gizli yerləşdirildiyi məntəqələrdən ən azı 500 metr uzaq durmağa çağırıb.

SEPAH açıqlamasında bildirib:

"Bölgə xalqlarını dərhal Amerika əsgərlərinin açıq və ya gizli yerləşdirildiyi məntəqələrdən 500 metr radiusdan kənarda qalmağa çağırırıq”.

Mənbə: bizim.media