İran Silahlı Qüvvələri ABŞ zərbələri ilə öldürülən hər bir iranlı üçün bir amerikalı hərbçini məhv edəcək.
Bunu İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəhbəri Əli Abdullah bildirib.
“Effektivliyini düşmənə praktiki forrmada sübut etdiyimiz qaydanı bu andan etibarən döyüş meydanında sınaqdan keçirəcəyik. İslam Respublikasının öldürülən hər qürurlu vətəndaşı müqabilində bir Amerika hərbçisi o dünyaya göndəriləcək. Biz sizin üçün cəhənnəmə pulsuz və birbaşa biletlər hazırlamışıq”, – Abdullahi vurğulayıb.
Mənbə: publika.az