İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, briqada generalı Hüseyn Mohebbi İsraili yeni hərbi eskalasiyadan çəkindirən açıqlama verib.
O, bu barədə Tasnim agentliyinə müsahibəsində danışıb.
Mohebbinin sözlərinə görə, İsrail ABŞ prezidentinə yanlış məlumatlar təqdim etməklə Vaşinqtonun Yaxın Şərqdə hərbi iştirakını davam etdirməyə və öz məqsədlərini Amerika gücü hesabına həyata keçirməyə çalışır.
"İsrail ABŞ prezidentini təhrik edərək və ona yalan məlumatlar ötürərək Amerikanı regionda saxlamaq, öz məqsədlərini ABŞ-ın gücü vasitəsilə həyata keçirmək istəyir. İsrail yaxşı bilir ki, əgər yenidən müharibəyə qayıtsa və biz diqqətimizi tam şəkildə ona yönəltsək, onları hansı fəlakətin gözlədiyini anlayır", – deyə SEPAH nümayəndəsi bildirib.
Mənbə: bizim.media