İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağına endirdiyi zərbə nəticəsində HƏMAS-ın silah istehsalına cavabdeh şəxslərindən birini və təşkilatın "Nuhba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirdiyini açıqlayıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bəyanata əsasən, Qəzzanın şimalına endirilən zərbə nəticəsində HƏMAS-ın silah istehsalı şöbəsinin rəhbəri Fares Əl-Masri öldürülüb. Bildirilir ki, o, atəşkəs razılaşmasını pozaraq HƏMAS-ın hərbi potensialını bərpa etmək məqsədilə silah istehsalını təşkil edirdi.
Bundan əlavə, HƏMAS-ın "Nuhba" xüsusi təyinatlı dəstəsinin üzvü Məhəmməd Əbu Şakanın da məhv edildiyi qeyd olunub.
SAXAL-ın məlumatına görə, öldürülən şəxslər son aylarda İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücum planlarının hazırlanmasında iştirak ediblər.
Mənbə: azxeber.com