Əraqçi Lavrovla hansı məsələləri müzakirə edib?

Əraqçi Lavrovla hansı məsələləri müzakirə edib?

İranın xarici işlər naziri Abbas Əraqçi iyulun 26-sı rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Əraqçi bu barədə “Telegram” kanalında məlumat verib.

Bildirilib ki, tərəflər dünyada və regionda baş verən son hadisələri müzakirə ediblər.

Xatırladaq ki, iyulun 24-də Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Sergey Lavrovun Tehrana səfərinin planlaşdırma mərhələsində olduğunu açıqlayıb.

Mənbə: publika.az