Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə ilk görüşündə hava və dəniz müdafiəsi, eləcə də birgə silah istehsalını müzakirə etdiklərini bildirib.
V.Zelenski bu barədə sosial şəbəkə hesabında yazıb.
Zelenski Böyük Britaniyanın Ukrayna dronlarının qorunması üçün radioelektron mübarizə (REB) texnologiyaları təqdim etmək qərarına görə Londona təşəkkür edib.
Onun sözlərinə görə, bu texnologiyalar döyüş meydanında faydalı olacaq və tərəflər dronlar sahəsində əməkdaşlığı daha da genişləndirə bilərlər. Endi Börnem isə Böyük Britaniyanın Ukraynaya dəstəyinin dəyişməz qalacağını vurğulayıb.
Mənbə: unikal.az