Zelenski ABŞ-a çatdı: “Prioritetimiz Amerika ilə strateji əməkdaşlıqdır” – VİDEO

Zelenski ABŞ-a çatdı: “Prioritetimiz Amerika ilə strateji əməkdaşlıqdır” –

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfəri çərçivəsində ilk görüntülərini paylaşıb.

Zelenski sosial şəbəkə hesabında səfərin əsas məqsədini açıqlayıb.

“Bir nömrəli prioritetimiz raketdən müdafiə sistemi və Amerika ilə strateji əməkdaşlıqdır. Sülh daha da yaxınlaşmalıdır”, – deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşü gözlənilir. ABŞ mediasının məlumatına görə, Ukrayna liderinin ABŞ Senatının üzvləri ilə də görüşü planlaşdırılıb.

Görüşlərdə Ukraynaya hərbi dəstək, hava hücumundan müdafiə sistemləri və Rusiyaya qarşı yeni sanksiyaların müzakirə ediləcəyi bildirilir.


Mənbə: bizim.media