Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Daşkəndə təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edib.
Bu barədə Özbəkistan Prezident Administrasiyası məlumat yayıb.
Özbəkistan Prezidenti səfirlə görüşündə Azərbaycanla münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatdığını bildirib. Qarşılıqlı ticarət 40 faizə, birgə müəssisələrin sayı isə təxminən 450-yə çatıb, yükdaşımaları ikiqat artıb.
Özbəkistan və Azərbaycan arasında birgə investisiya portfelinin həcmini yaxın gələcəkdə 10 milyard dollara çatdırmaq üçün iddialı məqsəd qoyulub.
Qarşıdan gələn yüksək səviyyəli görüşlərin ikitərəfli əməkdaşlığa yeni təkan verəcəyi vurğulanıb.
Mənbə: publika.az