"Netanyahu Çörçillin bacarmadığını bacardı" – VİDEO

"Netanyahu Çörçillin bacarmadığını bacardı" –

İsrailin müdafiə naziri İsrael Kats Baş nazir Benyamin Netanyahunun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlama verib.

Kats Netanyahunun ABŞ və İsraili İrana qarşı hərbi əməliyyatlar üçün birləşdirməyə nail olduğunu bildirib.

"Netanyahu Çörçillin bacarmadığına nail oldu. O, ABŞ və İsraili İrana zərbə endirmək üçün bir araya gətirdi və Birləşmiş Ştatların növbəti “Pörl-Harbor” baş verməmişdən əvvəl zərbə endirməsini təmin etdi", – deyə İsrailin müdafiə naziri vurğulayıb.


İsrael Katsın bu bəyanatı rəsmi mövqe kimi səsləndirilib və hələlik bununla bağlı ABŞ administrasiyasından əlavə şərh verilməyib.


Mənbə: bizim.media