Tramp İrana planlaşdırdığı hücumu ləğv etdi

Tramp İrana planlaşdırdığı hücumu ləğv etdi

ABŞ Prezidenti Donald Tramp Tehranla razılaşma naminə İrana qarşı planlaşdırılan güclü zərbəni ləğv etməyə razılıq verdiyini bəyan edib.

O, bu barədə “Truth Social” hesabında paylaşım edib.

Prezident vurğulayıb ki, ABŞ “İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasda hərbi terror” səviyyəsində tam hazırlıq vəziyyətində idi, lakin fərqli qərar qəbul olunub.

“Buna baxmayaraq, İran və digər Yaxın Şərq ölkələri bizdən hücumdan çəkinməyi xahiş etdilər, çünki razılaşmanın əsas konturları razılaşdırılmışdı”, - deyə o yazıb.

Tramp qeyd edib ki, razılaşmanın əsas konturları Hörmüz boğazının “dərhal və tam şəkildə açılmasını”, həmçinin Tehran tərəfindən qaynaqlanan “nüvə təhlükəsinin” aradan qaldırılmasını nəzərdə tutur.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsi barədə göstəriş verdiyi bildirilmişdi.

Daha əvvəl Tramp bəyan etmişdi ki, ABŞ-ınİranla münaqişədən çıxış strategiyası ya hərbi əməliyyatların eskalasiyasını, ya da razılaşmanın əldə olunmasını nəzərdə tutur. O qeyd etmişdi ki, hərbi variant zərbələrin getdikcə daha sərt şəkildə davam etdirilməsini ehtiva edir, lakin daha məntiqli yol da mövcuddur - razılığa gəlmək.

Mənbə: publika.az