İran Qəzza zolağındakı vəziyyəti həll etmək üçün İsrail ilə danışıqlarda Fələstin HƏMAS hərəkatının verdiyi istənilən qərarı qəbul etməyə hazırdır.
Bunu Prezident Məsud Pezeşkian HƏMAS Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyya ilə telefon danışığında bildirib.
"İran Fələstin liderlərinin danışıqlar zamanı verəcəyi istənilən təşəbbüsü və qərarı dəstəkləyəcək", - deyə İran lideri bildirib.
Pezeşkian əlavə edib ki, İranın xarici siyasətinin əsas məqsədlərindən biri Fələstin məsələsinin həlli olaraq qalır.
Mənbə: unikal.az