ABŞ prezidenti Donald Tramp Ağ Ev ərazisində böyük bir hərbi kompleksin tikildiyini açıqlayıb.
Tramp Las-Veqasda tərəfdarları ilə danışarkən deyib:
"Mən nəhəng bir hərbi kompleks tikirəm. Orada bir çox müxtəlif obyektlər var və bəziləri haqqında danışa belə bilmərəm".
Ağ Evin ərazisində bir neçə aydır ki, genişmiqyaslı tikinti işləri davam edir. Xüsusilə, tarixi kompleksin Şərq qanadı bu yaz tamamilə sökülüb və burada yeni bal zalı tikilir. Trampın təşəbbüsü ilə həyata keçirilən layihə, böyük rəsmi tədbirlərin keçirilməsi üçün məkanın genişləndirilməsini və modernləşdirilməsini əhatə edir.
"The Washington Post" qəzeti əvvəllər prezident administrasiyasının tikinti müqaviləsini iyunun sonlarında açıq rəqabətli tender prosesi olmadan verdiyini bildirmişdi. Nəşrin məlumatına görə, layihənin dəyəri 500 milyon dollara qədər ola bilər.
Müəllif: Tural
Mənbə: publika.az