"ABŞ Senatına və Ukraynanı dəstəkləyən hər kəsə çox minnətdarıq. Bu ballistik raketlərin istehsalının qarşısını alacaq yeni sanksiyalara və daha çox təzyiqə ehtiyac var. Xalqımızın daha çox qorunmasına ehtiyacımız var.
Lindsi Qrehemin Rusiya və İrana qarşı sanksiyalar qanun layihəsinin qəbul edilməsi, şübhəsiz ki, təcavüzkara təzyiqi artırmağa və müharibəyə son qoymasına kömək edir”.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Senatının Rusiya və İrana qarşı qəbul etdiyi sanksiyaları şərh edərkən deyib.
"İndi isə Putin ballistik raketlərlə müharibəni uzatmaq üçün son qərarını verdiyi və müdafiəmiz üçün "Patriot" raketlərini axtardığımız bir vaxtda, həyatı qorumağı dəstəkləyən, müharibənin tez bir zamanda sona çatmasını dəstəkləyən bütün siqnallar son dərəcə vacibdir.
O hesab edir ki, ABŞ-ın həqiqətən güclü təzyiqi və Rusiyaya qarşı sanksiyalar ən çox kömək edəcək.
"Diplomatiya təcavüzkara qarşı təzyiqin hər addımı ilə daha da yaxınlaşır", - o vurğulayıb.
Mürtəza
Mənbə: olke.az