"TRIPP Azərbaycana Naxçıvana maneəsiz giriş imkanı verəcək" - ABŞ

"TRIPP Azərbaycana Naxçıvana maneəsiz giriş imkanı verəcək"

TRIPP Azərbaycana Naxçıvana maneəsiz giriş imkanı verəcək.

Xarici KİV-ə istinadən xəbər verilir ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlonun sözlərinə görə , son bir ildə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsində əhəmiyyətli irəliləyişlər əldə edilib.

Karlon 8 avqust 2025-ci il tarixində Vaşinqton Zirvə Toplantısının birinci ildönümü münasibətilə ABŞ səfirliyinin rəsmi X sosial media hesabında dərc olunmuş videomüraciətdə bildirib ki, bu marşrut

Azərbaycana Naxçıvana maneəsiz çıxış imkanı verəcək, inteqrasiyanı təşviq edəcək və Şərq ilə Qərb arasında əlaqələri inkişaf etdirəcək, eləcə də Azərbaycan və bütün region üçün iqtisadi fayda yaradacaq.

Mənbə: sia.az