Bizi daha bir çətin qışın gözlədiyindən ciddi şəkildə narahatam - Serbiya Prezidenti

Bizi daha bir çətin qışın gözlədiyindən ciddi şəkildə narahatam -

Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya ilə Ukrayna arasında müharibənin başa çatacağı müddətlə bağlı hələlik ciddi proqnoz verə bilmədiyini və tərəfləri daha bir çətin qışın gözləyə biləcəyindən narahat olduğunu bildirib.

Serbiya mediasına istinadən xəbər verilir ki, bu barədə Vuçiç Belqradda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Hamımız müharibənin ən qısa zamanda bitməsini istəyirik. Əgər məndən bir siyasətçi kimi soruşsanız, mən buna əmin deyiləm və bizi daha bir çətin qışın gözlədiyindən ciddi şəkildə narahatam", - Vuçiç deyib.

O, həmçinin bildirib ki, Serbiya Rusiyanın atəşləri nəticəsində zərər çəkmiş Ukrayna şəhərlərindən birinin bərpasına sərmayə yatırmaq niyyətindədir.

Serbiya lideri Ukraynanın ərazi bütövlüyünə dəyişməz dəstəyini təsdiqləyib.

Mənbə: publika.az