İsrail Sülh Şurası tərəfindən Qəzzada nizamlanma üzrə təklif olunan 15 bəndlik planın şərtlərini rədd edir.
"Ynet"ə istinadən xəbər verilir ki, bu barədə ölkənin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında bildirib.
Qeyd edək ki, sənəd İsrail və HƏMAS arasındakı razılaşmaya dair yol xəritəsi çərçivəsində dərc edilib. Sənədə əsasən, təşkilat tamamilə tərk-silah olunmalıdır.
"İsrailin Müdafiə Qüvvələri (İMQ) HƏMAS tərk-silah edilməyənə qədər qoşunlarını geri çəkməyəcək, mən tərk-silah dedikdə bütün silahları nəzərdə tuturam. Biz saxta yox, real silahsızlaşdırmadan danışırıq. Bu məsələni amerikalılarla müzakirə edirik, onların ideyaları var, bəzi planlar bizim üçün məqbuldur, bir qismi isə yox", - Netanyahu vurğulayıb.
Mənbə: publika.az