İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişinin “İslam NATO-su” olub-olmaması ilə bağlı suala cavab verib.
Baqayi regiona kənar güclərin müdaxiləsinə ehtiyac olmadığını bildirib.
O, Yaxın Şərqdə gərginliyin hələ də davam etdiyini vurğulayaraq, region ölkələrinin əməkdaşlıq etməli və kollektiv təhlükəsizliyin gücləndirilməsi üçün daha çox çalışmalı olduğunu deyib.
İran rəsmisi son illərdə baş verən hadisələrdən dərs çıxarılmasının vacibliyini də qeyd edib.
Mənbə: sitat.info