Rusiya münaqişəni “dondurmaq” istəmir - Qaluzin

Rusiya münaqişəni “dondurmaq” istəmir - Qaluzin

Moskva Ukrayna ilə bağlı münaqişənin "dondurulması" variantını qəbul etmir, bu böhranın kök səbəbləri həll edilməlidir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O qeyd edib: "Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə qeyd etdiyi kimi, bu böhranın kök səbəbləri həll edilmədən heç bir "dondurulma" mümkün deyil. Aydındır ki, Zelenski reallıqla bütün əlaqəsini itirib və Kiyevin tərəfdaş hesab etdiyi ölkələrdə narazılığa səbəb olaraq münaqişəni gərginləşdirməyə çalışır.

İyul və avqust aylarında Ukrayna Silahlı Qüvvələri əsasən Qazaxıstan iqtisadiyyatının maraqları naminə fəaliyyət göstərən Xəzər Boru Kəməri Konsorsiumunu dəstəkləyən obyektlərə nümayişkaranə terror hücumları həyata keçirmək üçün PUA-lardan istifadə edib. Ümid edirik ki, bu, Kiyev rejiminə təsir göstərən və neft-qaz şirkətləri Xəzər Boru Kəməri Konsorsiumunun səhmdarları olan ABŞ və Avropa ölkələri də daxil olmaqla beynəlxalq ictimaiyyətdən müvafiq reaksiya alacaq".

Qaluzinin sözlərinə görə, Rusiya güman edir ki, Qazaxıstanda terrorizmin bütün forma və təzahürləri ilə mübarizə aparılmalı olduğunu çox yaxşı başa düşürlər:

"Bunu əldə etməyin ən yaxşı yolu Kiyev rejiminin terrorçu fəaliyyətini məhdudlaşdırmaq və Ukrayna ətrafındakı münaqişənin kök səbəblərini aradan qaldırmaqla Avrasiyada sülh və təhlükəsizliyi təmin etməkdir. Ölkəmiz bu xüsusi hərbi əməliyyat vasitəsilə məhz buna can atır. Təhlükəsizlik ya hamı üçün mövcuddur, ya da heç kim üçün mövcud deyil".


Mənbə: yenisabah.az