Moldova Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Bu barədə Moldova mediası diplomatik mənbələrə istinadən məlumat yayıb.
Səfirin geri çağırılmasına səbəb Ştefan Voda rayonunun Krocimaz kəndi yaxınlığında baş verən partlayışlardır. Ukrayna ilə sərhəd bölgəsində yerləşən kənddə baş verən partlayışdan sonra ərazidə raket-dron qalıqları aşkar edilib.
Moldova Xarici İşlər Nazirliyi hücumun Rusiya tərəfindən edildiyini açıqlayıb. Bəyan edib ki, hadisə Moldovanın suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdır.
Asif
Mənbə: publika.az